Sülhməramlıların özləri üçün yeni “status” arzusu – “Ciddi məsələdir…”

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların Azərbaycan hərbçiləri ilə minatəmizləmə məsələlərini müzakirə etdiyini açıqlayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, ərazilərimizdə xeyli mina var və onların təmizlənməsi üçün azı 10-15 il vaxt, milyardlarla vəsait tələb olunur:

“Böyük Britaniya bu məsələdə kömək etmək istədiyini açıqladı, lakin ortada konkret iş yoxdur. Rusiya sülhməramlılarının minatəmizləməyə qoşulması isə kifayət qədər ciddi mövzudur. Cəmiyyətimizdə sülhməramlılarla bağlı narahatlıq var, amma minatəmizləyənlərə də ehtiyac duyuruq. Qarabağdakı sülhməramlıların bu işlə məşğul olması məlumdur: onlar ermənilərin yaşadığı ərazilərdəki minaların təmizlənməsində iştirak ediblər.

Abutalıb Səmədov

Fikrimcə, sülhməramlılar ərazilərimizi tərk etməlidirlər. Daha sonra Rusiya ilə minatəmizləmə işinin birgə icrası ilə bağlı danışıqlar aparmaq olar. Həmin mütəxəssislərin işə cəlb olunması prosesin sürətləndirilməsinə səbəb olacaq. Rəsmi Moskva bu haqda düşünürsə, sülhməramlıları tezliklə ərazilərimizdən çıxarmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az