Sudanda qanlı toqquşma: 400-dən çox ölən var

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən silahlı qarşıdurmalarda 413 nəfər ölüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, toqquşmalar zamanı 3551 nəfər isə yaralanıb.

Qeyd edək ki, Sudanda aprelin 15-dən ordu və xüsusi təyinatlılar arasında qarşıdurma davam edir.