01KMZ5YFVR7WTWHZEJB7GKNVA4 large

Günəşdə çərşənbə axşamı axşam saatlarında M sinfinə aid alışma baş verib. Bu sinif gücünə görə Günəş alışmalarının ikinci ən yüksək kateqoriyasından bir pillə aşağıdır.

Globalinfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:49-da 4578 ləkələr qrupunda (S11W66) rentgen diapazonunda M1.1 sinifli alışma qeydə alınıb. Hadisə 14 dəqiqə davam edib.

Qeyd edək ki, bundan əvvəl Günəşdə qısa fasilədən sonra zəif alışmaların yenidən müşahidə olunmağa başladığı bildirilmişdi.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: