uolts

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Beyrutda Livan parlamentinin sədri Nəbi Berri ilə bütün silahların dövlət nəzarətinə verilməsinin zəruriliyi barədə müzakirə apardığını bildirib.Globalinfo.az xəbər verir ki, görüşdə “Hizbullah” Hərəkatının tərksilah edilməsi də müzakirə olunub.

Mayk Uolts görüşdən sonra bunları yazıb:

“Bütün silahların dövlət nəzarətinə verilməsi ilə bağlı açıq və səmimi müzakirəmiz oldu. Bu, seçim məsələsi deyil, irəliyə doğru yeganə yol budur”.

Paylaş: