file 00000000704c8210881c893cce8b1a68

Türkiyə Suriya ordusunun yenidən təşkilinə və təhlükəsizliyinin təmin olunmasına dəstək verməyə davam edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əş-Şeybani ilə danışıqların yekunlarına dair açıqlamasında bildirib.

Nazir qeyd edib ki, görüşdə iki ölkə arasındakı münasibətlərin bütün istiqamətləri, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq planları ətraflı müzakirə olunub.

“Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunmasına böyük önəm veririk. Ölkənin gündəmində daxili və xarici təhdidlər, eləcə də terrorizmlə bağlı problemlər artıq yer almamalıdır. Türkiyə Suriya ordusunun yenidən təşkil edilməsi və yerli təhlükəsizlik qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində fəal səylər göstərir”, – deyə Fidan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Suriyanın yeni hakimiyyətinə silahlı qüvvələrin yenidən qurulması, modernləşdirilməsi və hərbi kadrların hazırlanması sahəsində genişmiqyaslı dəstək göstərir.

İki ölkə arasında hərbi əməkdaşlıq 2025-ci ilin avqustunda Ankarada imzalanmış memorandum əsasında həyata keçirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: