ABŞ administrasiyasının İranın Amerika ərazisinə hücum hazırladığına dair heç bir etibarlı məlumatı yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu “The Jerusalem Post” qəzetinə müsahibəsində Ağ Evin mətbuat katibi Loren Bies bildirib.
O qeyd edib ki, Vaşinqton mümkün təhdidləri diqqətlə izləyir, lakin hazırda ABŞ ərazisinə qarşı təsdiqlənmiş hər hansı təhlükə qeydə alınmayıb.
Bu açıqlama CNN telekanalının İranın ABŞ-a qarşı “çirkli bomba”dan istifadə etməyi nəzərdən keçirdiyi barədə yaydığı məlumatdan sonra verilib.
CNN-in mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ kəşfiyyatı Donald Tramp administrasiyasının üzvlərinə qarşı mümkün hücum hazırlıqları ilə bağlı məlumat əldə edib.
Telekanalın mənbələri iddia ediblər ki, Tehran ABŞ ilə münaqişənin daha da kəskinləşəcəyi təqdirdə radioaktiv cihazdan istifadə variantını nəzərdən keçirə bilər.
Tahir Turan
Globalinfo.az