İran Ermənistanda iri enerji layihələrinin həyata keçirilməsində iştirak etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bovard bildirib.
Onun sözlərinə görə, İran neft emalı zavodunun (NEZ) tikintisində özünün texniki və mühəndislik imkanlarından istifadə etməyə hazırdır.
Bovard bu barədə Tehranda Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanla görüşündə danışıb.
O, İranın Ermənistanla enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Bundan başqa, İran Ermənistanla qaz təchizatı sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməyə və onların texniki tərəflərini işləyib hazırlamağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Ermənistan İranla “qaza qarşı elektrik enerjisi” proqramı çərçivəsində əməkdaşlıq edir. Razılaşmaya əsasən, Ermənistan İrana verdiyi hər 3 kilovat-saat elektrik enerjisi müqabilində 1 kubmetr təbii qaz alır. Bu mexanizm üzrə Ermənistana hər il təxminən 476 milyon kubmetr qaz nəql olunur.
Əliyar Xəlil