Türkiyədə fondlarla əlaqəli aparılan istintaq çərçivəsində 75 nəfərdən ümumilikdə 40,4 milyard lirə (1 milyard 361 milyon 480 min manat) vəsait geri alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Nazir bildirib ki, araşdırmalar üzrə hazırda 498 şübhəli var. Onlardan 129-u həbs olunub, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.
Axtarışda olan 54 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Daha 22 nəfərlə bağlı isə istintaq hərəkətləri aparılır.
Akın Gürlekin sözlərinə görə, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan gəlirlərin gizlədilməsinin və ölkədən çıxarılmasının qarşısını almaq üçün 417 fiziki və 149 hüquqi şəxsin əmlakına həbs və dondurulma tədbirləri tətbiq edilib.
Nazir qeyd edib ki, vəsaitin könüllü şəkildə geri qaytarılması həmin şəxsləri hüquqi məsuliyyətdən azad etmir.
O əlavə edib ki, əsas hədəf vicdanlı investorların hüquqlarını qorumaq, eləcə də onların pullarını geri ala bilmələri üçün hüquqi prosedurların effektiv həyata keçirilməsini təmin etməkdir.
Əliyar Xəlil,