Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanının strateji neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Husilərin hərbi sözçüsü Yəhya Saria “Al Masirah” telekanalına bildirib. O qeyd edib ki, hücumlar zamanı beş drondan istifadə olunub.
Onun sözlərinə görə, hədəf Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirən Şərq-Qərb neft boru kəmərinin 8 və 9 nömrəli nasos stansiyaları olub.
Qeyd edək ki, noyabrın 16-da Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı döyüşən qüvvələrin komandanlığında dəyişiklik etdiyi barədə məlumat yayılıb. Bu addımın həmin qüvvələrin Qırmızı dəniz sahilindəki şəhərlərə nəzarəti bərpa edə bilməməsi fonunda atıldığı bildirilir.
Tahir Turan
Globalinfo.az