ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çenlə danışıqları bərpa etmək üçün dəfələrlə cəhd göstərib.
Globalinfo.az xəbər verir ki, “MS NOW” telekanalının yaydığı məlumata görə, Tramp 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Pxenyanla əlaqələri bərpa etmək məqsədilə Kim Çenə bir neçə dəfə məktub göndərməyə çalışıb.
Məlumata görə, mesajların ABŞ-ın BMT-dəki nümayəndələri vasitəsilə çatdırılması nəzərdə tutulub. Lakin Şimali Koreya diplomatları məktubları qəbul etməkdən imtina ediblər.
Amerika nümayəndələrinin sonradan Trampın mesajlarını Şimali Koreya rəhbərliyinə çatdırıb-çatdırmadığı isə məlum deyil.
Qeyd edək ki, Donald Tramp və Kim Çen In arasında sonuncu görüş 2019-cu il iyunun 30-da baş tutub.
Tahir Turan
Globalinfo.az