1036216 res 0 010e2320e3cb3b77

Son bir ay ərzində Avropada məktəblərə, hava limanlarına, aviaşirkətlərə və media qurumlarına bomba yerləşdirilməsi ilə bağlı 8 mindən çox saxta məlumat göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” hakimiyyət orqanlarının və kibertəhlükəsizlik şirkətlərinin məlumatlarına istinadən yazıb.

İlk təhdid dalğası oktyabrın 19-da qeydə alınıb. Şimali İrlandiya, Şotlandiya və Bolqarıstandakı məktəblərə azı dörd ələ keçirilmiş elektron poçt ünvanından “Ölüm yaxındır” başlıqlı məktublar göndərilib.

Noyabrda isə oxşar təhdidlər aviaşirkətlərə və televiziya kanallarına yönəlib. Noyabrın 2-dən 6-dək təxminən 15 aviaşirkətin 50-dən çox reysi ilə bağlı bomba xəbərdarlığı daxil olub.

Noyabrın 11-də ən genişmiqyaslı hücum həyata keçirilib. İtaliyada təxminən 6300, Şotlandiyada 1000, İrlandiya və Şimali İrlandiyada isə ayrı-ayrılıqda 300-ə yaxın təhsil müəssisəsinə təhdid məktubları göndərilib.

Məlumatların arxasında kimin dayandığı hələlik məlum deyil. Məktubların bir qismi Rusiyanın “Kişi dövləti” adlı hərəkatının adından göndərilsə də, təşkilatın qurucusu Vladislav Pozdnyakov bunu təkzib edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: