Zelenskij

Ukrayna yaxın həftələrdə Rusiya ilə hərbi əsirlərin mübadiləsini həyata keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

O bildirib ki, Kiyev əsir mübadiləsinin təşkili ilə bağlı ABŞ tərəfinə təkliflər göndərəcək. Bu məsələ Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən üçtərəfli görüşündə əldə olunan əsas razılaşmalardan biridir.

Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi artıq kəşfiyyat kanalları vasitəsilə mübadiləyə hazırlıq işləri aparır. Prosesin nə vaxt baş tutacağı isə Rusiyanın mövqeyindən və ABŞ-ın Moskva ilə danışıqları nə dərəcədə fəal aparacağından asılı olacaq.

Ukrayna Prezidenti qeyd edib ki, bu həftə Berlində Avropa və ABŞ tərəfdaşları ilə keçiriləcək görüşdə, eləcə də Rusiya ilə danışıqlar çərçivəsində bir sıra prioritet məsələlər müzakirə olunacaq.

Zelenski, həmçinin Oleşkidə həyata keçirilən humanitar əməliyyatdan sonra Ukraynanın Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində daha 10 yaşayış məntəqəsində oxşar tədbirlərin keçirilməsini təklif etdiyini bildirib. Bu təşəbbüsün ABŞ-ın vasitəçiləri ilə müzakirəsi nəzərdə tutulur.

Onun sözlərinə görə, ABŞ Rusiya ilə üçtərəfli danışıqlar formatının Avropa ölkələrinin iştirakı ilə genişləndirilməsi məsələsini də razılaşdırıb. Danışıqlara Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşanın, həmçinin Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələrinin qoşulması gözlənilir.

Zelenski vurğulayıb ki, Ukrayna Avropanın danışıqlar prosesində tam iştirakını təmin etmək üçün tərəfdaşları ilə məsləhətləşmələri uzadaraq.

Prezident əlavə edib ki, müharibənin başa çatdırılması, təhlükəsizlik təminatları, davamlı sülhün əldə olunması və ölkənin müharibədən sonrakı bərpası ilə bağlı məsələlər də tərəfdaşlarla müzakirə edilib. Ukrayna nümayəndə heyətinə yaxın həftələr üçün konkret tapşırıqlar verilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: