Almaniya kansleri Fridrix Merz və onun rəhbərlik etdiyi hökumətin fəaliyyəti ölkə əhalisinin böyük əksəriyyətini qane etmir.
Globalinfo.az-ın məlumatına görə, Forsa institutunun keçirdiyi sorğuda iştirak edən respondentlərin 86 faizi həm hökumətin fəaliyyətindən, həm də kanslerin işindən narazı olduğunu bildirib.
Bu göstəricinin Forsa sorğuları tarixində rekord səviyyə olduğu qeyd edilir. Respondentlərin cəmi 12 faizi Merzin və hökumətinin fəaliyyətini müsbət qiymətləndirib.
Sorğuda iştirak edənlərin 62 faizi isə Merzin liderlik keyfiyyətlərinin yetərli olmadığını və koalisiya daxilində qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini düşünür.
Araşdırmada ümumilikdə 1002 nəfər iştirak edib.
Tahir Turan
Globalinfo.az