Kiyevdən savaş anonsu: Bunu etsək, Rusiya parçalanacaq

Müharibə Ukrayna ordusunun Rusiyanın işğal etdiyi bütün əraziləri azad etməməsindən əvvəl bitə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ukrayna Prezident Ofisi sədrinin müşavir Yuri Podolyak deyib.

O, Luqansk və ya Donetskin Ukrayna ordusunun nəzarətinə keçəcəyi halda belə bir şeyin baş verə biləcəyini söyləyib. Podolyakın sözlərinə görə, adı çəkilən bölgələrin itirilməsi Rusiya elitası, cəmiyyətində geri dönülməsi mümkün olmayan proseslər başladacaq və nəticədə ölkədə “müharibə uduzulub” fikri dominant olacaq.

Qeyd edək ki, sentyabr və oktyabr aylarında Ukrayna ordusunun apardığı uğurlu əks-hücum əməliyyatlarından sonra Rusiya elitasında parçalanma sürətlənib.

İlkin
Globalinfo.az