WhatsApp Image 2025 09 26 at 15.17.11

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Kiyevə 240 milyon funt sterlinq maliyyə yardımı və 1000-dən çox raket verəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Londondakı səfiri Valeri Zalujnı açıqlayıb.

Onun sözlərinə görə, yeni yardım paketi qış mövsümündə Ukraynanın şəhərlərini və mühüm infrastruktur obyektlərini pilotsuz uçuş aparatlarının hücumlarından qorumağa yönəlib.

Zalujnı qeyd edib ki, təhvil veriləcək raketlər reaktiv mühərrikli PUA-lara qarşı effektivliyini sübut edib.

Bildirilib ki, ayrılan 240 milyon funt sterlinq əvvəllər elan edilmiş 500 milyon funt sterlinqlik hərbi yardım proqramının tərkib hissəsidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: