Ötən iki həftə ərzində İranda 200 nəfər saxta spirtli içkidən zəhərlənib. Onlardan 48 nəfəri ölüb.
Globalinfo.az xəbər verir ki, ən çox ölüm halları Mazandaran, Gilan, Həmədan və Zəncan vilayətlərində qeydə alınıb.
Ötən iki həftə ərzində minimum 200 nəfər spirtli içkidən zəhərlənmə ilə əlaqədar xəstəxanalara müraciət edib.
Qeyd edək ki, İranda spirtli içkilərin istifadəsi qadağandır.