İrəvan anlayır: Ermənistan dövləti dağıla bilər

“Alen Simonyanın açıqlaması bizi qane edir. Onun sözlərini son proseslərin məntiqi davamı kimi başa düşmək olar”.

Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan deyib.

Onun sözlərinə görə, erməni ictimaiyyətini düşündürən əsas məsələ Ermənistanın varlığıdır:

“44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri ilə regionda reallıqlar əsaslı sürətdə dəyişdi. Vəziyyət hazırda erməniləri ciddi narahat edir. Xüsusilə də rəsmi İrəvan eks-prezidentlərin yürütdüyü siyasəti davam etmək istəmir. Ermənistan ictimaiyyətində bu siyasətin yanlış olduğunu anlayır və hakimiyyətə ciddi təzyiq edir.

Qədir Aslan

Onlar yaxşı bilirlər ki, keçmiş prezidentlərin yürütdüyü siyasəti davam etdirsələr, bu, dövlətlərinin mövcudluğunu təhdid altına salacaq. Məhz buna görə ərazi bütövlüyünün tanınmasını daha çox istəyirlər.

Şübhəsiz, Azərbaycan və Türkiyə də  regionda sülhdə maraqlıdır. Lakin yekun sülh üçün Ermənistanın silahsızlaşdırılması, kommunikasiyaların açılması zəruridir”.

Turan Rzayev
Globalinfo.az