PauOibucbXj8IczRRbZGyaGUGXMpqkgvtlb13MIb 1200

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.

Bu barədə Globalinfo.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib.

“Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin mənzilbaşına çatanadək ictimai asayişin qorunması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirəcəklər”, – deyə məlumatda qeyd olunub.

rEKCrQt9ycC5iS0XPvSQD7M0AihfLI4MBmEIqzfN 1200 pTHF2bHHOuJ0Jbk3AXfNnowMAUf7zfFbUMhefQy7 1200 feObmYXRS9zs2BvCirnIFGS8hPIHiDOYSbNOPJvY 1200 rrGDoLpPgqIAC0IR07bTH8Weef6c6YvGk8uOUyR3 1200  

Paylaş: