Zahid Oruc “İrəvanda” dedi, Simonyan mesaj verdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan və Ermənistan liderlərinin görüşünün Brüssellə məhdudlaşdırılmamalı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Simonyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

O, hələlik yeni görüşlə bağlı informasiyanın olmadığını söyləyib. Spiker bu ay ərzində liderlərin görüşəcəyini də istisna etməyib.

Qeyd edək ki, millət vəkili Zahid Oruc bir qədər əvvəl liderlərin növbəti görüşünün Bakı, Ankara və ya İrəvanda keçirilməsini təklif edib.

İlkin
Globalinfo.az