İrandan Zəngəzur açıqlaması: “Bakıya təklifimiz var”

İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkəsinin İrəvanın suverenliyini qoruyacağını yenidən bəyan edib.

Globalinfo.az xəbər verir ki, səfir İranın bu istiqamətdə addımlar atdığını vurğulayıb.

“Biz Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxırıq. Biz əlaqə yollarının açılmasına qarşı deyilik və elə Azərbaycana da bu cür yol təşkil etmişik.

Ancaq bu yollar hansı ölkənin ərazisindədirsə, həmin ölkələrin də nəzarətində olmalıdır. Xüsusən Ermənistandan danışarkən bu, belə olmalıdır”, – İran səfiri bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az