“Serbiyada prezident seçkiləri dekabrda və ya yanvarda, ən geci fevralın əvvəlində keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O qeyd edib ki, parlament seçkiləri oktyabrda baş tutarsa, prezident seçkilərinin dekabrın sonu və ya yanvarın əvvəlində keçirilməsi mümkündür:
“Parlament seçkiləri noyabrda olarsa, prezident seçkiləri mütləq yanvarda, bəlkə də, ən geci fevralın əvvəlində keçiriləcək”.