Ötən gün Şəmkir nasos stansiyası ərazisində qəza baş verib, ətrafa xeyli su yayılıb.
Globalinfo.az xəbər verir ki, buna səbəb nasos stansiyaya gələn 110 kVt-lıq xəttində açılmanın baş verməsidir.
Məsələ ilə bağlı “Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Qurumdan sorğuya cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub:
“Su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması təmin edilib”.

