Şəmkirdə mübahisə: Üç nəfər xəsarət aldı

Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, üç nəfər xəsarət alıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Morul kəndində M.Mayılovla həmkəndliləri – Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib.

Hər üçü xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.