Şəmkirdə faciə: Kişi arvadını, onun atasını və anasını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az-ın APA-ya istinadən yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.