1774087579 trump4 1024x576 3

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan “VAZ “markalı maşın digər minik avtomobili ilə toqquşub. Qəzadan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

irGyAmA05350hzA1e29wfIctX5AwyZUY

Paylaş: