Şəmkirdə ağır qəza: yaralıların sayı 7-yə çatdı

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların sayı 7-yə çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı daha bir nəfər – 2020-ci il təvəllüdlü Mehrac Hüseynli xəsarət alıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.