Şəmkirdə ağır qəza: ölənlər və yaralananlar var – ADLAR / YENİLƏNİB

Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, avqust ayının 31-də axşam saat 20 radələrindən Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarına aşırmış, nəticədə avtomobildə olan sərnişinlər – 1980-ci il təvəllüdlü Dürdanə Nəbiyeva və 2002-ci il təvəllüdlü Eyvaz Nəbiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişin – 1991-ci il təvəllüdlü Bahar Məmmədova isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları gəlib, müvafiq tədbirlər həyata keçirib, faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az xəbər verir ki, “Mersedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Tovuz rayon sakinləri 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı 2002-ci il təvəllüdlü E.Nəbiyev dünyasını dəyişib. Daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.