Saakyan doğum gününü Bakıda belə qeyd edir – İLK DƏFƏ

Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan keçmiş qondarma rejimin Bakıda istintaq təcridxanasında saxlanılan terrorçu “lideri” Bako Saakyanı doğum günündə xatırlayıb.

Globalinfo.az xəbər verir ki, keçmiş səfir separatçı Saakyanla Xankəndidəki söhbətlərindən danışıb.

“Avqustun 30-u Bakonun doğum günüdür, 64 yaşı olur. Onu xatırlayanda kədələnirəm. Bako ilə tez-tez görüşürdük, Vatikanda, İrəvanda, amma ən çox Stepanakertdə (Xankəndi – red.) bir araya gəlirdik. Onun şəhərdəki bağ evində görüşüb uzun-uzun danışırdıq. Heç ağlıma da gəlməzdi ki, bir gün taleyi belə olacaq.

Görəsən baş verənlərdən xəbəri var? Bilirmi ki, Ermənistan hökuməti, diaspor onlar üçün heç nə etmir? Hər kəs Bako və digərləri sanki heç vaxt olmayıbmışlar kimi davranır? Yəqin ki, bütün bunları ona desəm, “görəsən, Araik nə fikirləşir?” cavabını verərdi. Çox təəssüflənirəm”, – M.Minasyan bildirib.

Qeyd edək ki, B.Saakyan 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilib. Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan B.Saakyan digər separatçılarla birlikdə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilir.

Azərbaycanlılara qarşı soyqırımlarda iştirak etmiş Bako ilk dəfədir doğum gününü Bakıda həbsxanada “qeyd edir”.

Ayşən Mustafa
Globalinfo.az