peskov 1 1 900x563 2

“Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin (ZRK) satışı mövzusu son dərəcə həssas məsələdir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında bu məsələ ilə bağlı təmaslar olub və həmin dialoq davam etdiriləcək.

Bundan əvvəl mediada Türkiyənin vaxtilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Fars körfəzi ölkələrindən birinə satdığı barədə məlumat yayılmışdı. Mənbələrin iddiasına görə, mümkün alıcılar sırasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər göstərilir. Hələlik Ankara bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: