
“Rusiyanın bir neçə milyon izləyicisi olan Teleqram kanalları və digər sosial şəbəkə səhifələrində London və İrəvanda qurulan “yolkalar”ın fəal müzakirə edildiyini və müqayisə olunduğunu yazırlar.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Ambaryanın deyib.
Ambaryan sosial şəbəkə hesabındakı paylaşımda İrəvanın mərkəzində quraşdırılan “yolka” ilə bağlı tənqidi fikirlər yazıb:
“Rusiyanın bir neçə milyon izləyicisi olan Teleqram kanalları və digər sosial şəbəkələrdə London və İrəvanda qurulan “yolkalar”ın fəal müzakirə edildiyini və müqayisə olunduğunu yazırlar. Bəli, dünya bizdən danışır. Böyük Britaniya kimi bir ölkənin paytaxtında qurulan şam ağacının sadəliyinin yanında İrəvanda qurulanı təqdim edirlər. İnsanlar bu göstərişə təccüblənir. Müharibədən sonra nə qədər itki vermişik, hazırkı situasiya rəzalətdir. Ölkədə yoxsulluq var, biabırçı vəziyyət yaşanır. Amma bütün bunların fonunda paytaxtın mərkəzində bayram bəzəkləri və şam ağacı üçün çoxlu pul xərcləyirlər”.
Ambaryanın paylaşımı erməni ictimaiyyətinin diqqətini cəlb edib və bəzək əşyalarına çox pul xərclənməsi qəzəb doğurub. Bundan sonra İrəvan hökumətini hədəfə alan çox sayda tənqidi paylaşım edilib.
Ayşən Mustafa
Globalinfo.az