Rusiyadan Zəngəzur həmləsi: “Genişlənmə olacaq…”

Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.

Globalinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məlumat verib.

“Yaxın gələcəkdə Rusiyanın xaricdəki diplomatik mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsi müşahidə olunacaq. Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Ermənistan (Zəngəzur və ya Qafan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Maldiv Adaları) şəhərlərində konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib və bu ölkələrin səlahiyyətli orqanları ilə razılaşdırılıb”, – Rusiya rəsmisi bildirib.