Rusiya-Özbəkistan gərginliyi – Səfir XİN-ə çağırıldı

Rusiya Federasiyasının Özbəkistanda səfiri Oleq Malqinov dekabrın 21-də Özbəkistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Məlumata görə, səfir rusiyalı yazıçı Zaxar Prilepinin bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə bu cür bəyanatların Özbəkistan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq qaydalarına uyğun gəlmədiyi bildirilib.

Malqinovun sözlərinə görə, Prilepinin bəyanatlarının Rusiya hakimiyyətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur və Rusiya Özbəkistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb.

Səfir onu da əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda bu insidentə münasibət bildirəcək.

Qeyd edək ki, Zaxar Prilepin daha əvvəl Özbəkistan və digər qonşu ölkələrin Rusiyaya birləşməsini təklif etmişdi.

O, SSRİ-nin dağılması ilə bağlı bütün sənədləri etibarsız saymaq lazım olduğunu deyib.

Zaira Akifqızı
Globalinfo.az