pasinyan gulus 111

Ermənistanın yeni Konstitusiya layihəsində ölkənin dövlət gerbində Ağrı dağının təsvirinə dair əvvəlki konstitusion müddəa yer almayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Yeni sənəddə yalnız Ermənistanın dövlət rəmzlərinin gerb, bayraq və himndən ibarət olduğu qeyd edilir. Həmin rəmzlərin təsviri və himnin məzmununun referendum yolu ilə qəbul edilən qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur.

Hazırkı Konstitusiyada isə dövlət gerbi daha ətraflı təsvir olunur. Sənəddə qalxanın mərkəzində Nuhun gəmisi ilə birlikdə Ağrı dağının, eləcə də “tarixi Ermənistan“ın dörd çarlığının gerblərinin əks olunduğu göstərilir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl yeni Konstitusiya layihəsində nəzərdə tutulan digər dəyişiklikləri də açıqlamışdı. Yeni sənəddə 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad da yer almır.

Nikol Paşinyan Ermənistanın gerbi haqqında: “Ölkənin hazırkı gerbinin  Ermənistanla heç bir əlaqəsi yoxdur”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: