tiqran abramyan

“Ermənistan səlahiyyətliləri Azərbaycanla sərhəddə yerləşən Nerkin-And yaxınlığında baş verən insidentdə Rusiya tərəfini günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

O bildirib ki, Nerkin-Andda yaşanan atışma ilə bağlı ziddiyyətli açıqlamalar var:

“Qəribədir ki, yüksək rütbəli məmurlar sərhəddə xidmət edən əsgərlərin hərəkətləri ilə bağlı ziddiyyətli açıqlamalar verirlər. Sanki 44 günlük müharibədən sonra Rusiya hərbçiləri cəbhə xəttinin müxtəlif yerlərində onların xahişi ilə yerləşdirilməyib”.

Qeyd edək ki, fevralın 12-də Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni hərbçi isə məhv edilib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: