
“Ukrayna Rusiyaya qarşı təxribatlar həyata keçirməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə TASS agentliyi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinə istinadən çıxış edib.
“Kəşfiyyat məlumatlarına görə, Ukrayna xüsusi xidmət orqanları Qərb kuratorlarının köməyi ilə tezliklə Rusiyaya qarşı bir sıra səs-küylü təxribatlar həyata keçirəcək”, – agentliyin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, bu istiqamətdə Kiyevin Baltik dənizi ilə bağlı planı var:
“Ukrayna xüsusilə Baltik dənizində bir xarici gəmi partlatmağı, bunda Moskvanı ittiham etməyi, həmçinin Rusiyanın sistemsiz müxalifət nümayəndələrinə və qanundan qaçan sahibkarlarına qarşı hücumlar həyata keçirməyi planlaşdırır”.
Əliyar Xəlil
Globalinfo.az