WhatsApp Image 2025 09 30 at 10

Fransanın müdafiə naziri Ketrin Votrin ölkənin Rusiya ilə mümkün böyük münaqişəyə hazırlaşmalı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, “Le Monde” qəzetinin yazdığına görə, Votrin bu barədə Milli Assambleyanın Müdafiə Komitəsində 2027-ci il müdafiə büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Nazir bildirib ki, Fransa Silahlı Qüvvələri böyük münaqişəyə hazır olmalı, eyni zamanda ölkə qarşısında duran gündəlik vəzifələri də yerinə yetirməyə davam etməlidir.

Votrin həmçinin Rusiyanın Avropaya zərər verə biləcək yeni təhlükəsizlik sistemi formalaşdırmağa çalışdığını iddia edib. Onun sözlərinə görə, Moskva silah istehsalını artırır və Avropa İttifaqı ölkələrinə qarşı düşmən xarakterli fəaliyyətlərini genişləndirir.

Fransanın 2027-ci il müdafiə xərclərini də artırması nəzərdə tutulur. “Le Monde”un məlumatına görə, layihədə hərbi sahəyə əlavə 6,4 milyard avro ayrılması planlaşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: