“Ermənistan Rusiyanın əleyhinə hərəkət etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistan Rusiya ilə münasibətlərdə maraqlıdır. 44 günlük müharibənin bitməsindən etibarən biz bölgədə vəziyyəti tənzimləməyə çalışırıq və bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmişik. Amma mən istəmirəm ki, Rusiyada belə təəssürat yaransın ki, Ermənistan dost və müttəfiq Rusiyaya qarşı hərəkət edir”, – o qeyd edib.
Simonyan əlavə edib ki, Ermənistan və Rusiya xarici işlər nazirləri bu məsələləri ətraflı şəkildə müzakirə edir, həmçinin ölkə rəhbərləri prosesdə yer alırlar.
Safura Bənnayeva
Globalinfo.az