Böyük Britaniya və digər Avropa ölkələri Rusiya ilə genişmiqyaslı müharibə riskini nəzərə alaraq müdafiə qabiliyyətlərini gücləndirməlidirlər.
Globalinfo.az xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Sky News”a müsahibəsində səsləndirib.
O bildirib ki, istənilən ölkənin əsas vəzifəsi öz vətəndaşlarını, uşaqlarını və ərazisini qorumaqdır.
Sırskinin sözlərinə görə, təcavüzkar dövlətlərin, xüsusilə də Rusiya Federasiyası və müttəfiqlərinin yaratdığı təhdid fonunda bu mövzu daha da aktuallaşır:
“Dövlətlər müdafiə səviyyəsini yüksək saxlamaq üçün bütün imkanlardan istifadə etməlidirlər. Ordular həm müstəqil şəkildə, həm də müttəfiqlərin dəstəyi ilə təcavüzün qarşısını ala biləcək qədər müasir və hazırlıqlı olmalıdır”.
Tahir Turan
Globalinfo.az