ABŞ İsrailin İrana hücumunun gözlənildiyi ərəfədə Yaxın Şərqə döyüş təyyarələrindən ibarət 3-cü eskadrilyasını yerləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
İsrailə artıq F-15E Strike Eagle qırıcılarının yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, İsrail yaxın zamanlarda İranın raket hücumuna cavab verəcəyini açıqlayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun bu məsələdə ABŞ Prezidenti Cozef Baydeni xəbərdar etdiyi bildirilib. Lakin hücumun necə həyata keçiriləcəyi məlum deyil. İsrail müdafiə naziri Yoav Qallant hücumun Tehran üçün ağrılı və öldürücü olacağını deyib.
Ekspertlərin fikrincə, əsasən, neft buruqları və İran rəsmilərinə hədəf alına bilər.
Əliyar Xəlil
Globalinfo.az