1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

“Polşa ilə sərhədi miqrantlardan qorumaq əmrini verməyəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Sanksiyalar tətbiq olunmamışdan əvvəl biz Qərblə o qədər ciddi əməkdaşlıq etdik ki, geri qəbul haqqında saziş bağladıq. Biz onlarla əməkdaşlıq etdik. Amma sonra Qərb bundan imtina etdi. Biz onları burada saxlayan deyilik. Mənim borcum öz xalqımı qorumaqdır. Mən sərhədçilərə, hərbçilərə və mülki şəxslərə Avropa İttifaqını Belarus və Polşa sərhədində qorumaq üçün əmr vermək niyyətində deyiləm”, – Lukaşenko bildirib.

O, xüsusilə Aİ Polşa sərhədində miqrantların probleminin həlli üçün canfəşanlıq etdiyini vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: