ABŞ-ın Los-Anceles şəhərində baş verən zəlzələdən sonra “Chevron” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Times Now” məlumat yayıb.
Yanğının zəlzələ nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:30 radələrində Kaliforniyanın Manhetten-Biç şəhəri yaxınlığında qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.