elmir ayxan mma

Noyabrın 27-də Bakının “Sərhədçi” İdman Mərkəzində qrapplinq, pankration və həvəskarlar arasında MMA (Mixed Martial Arts) üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Globlainfo.az Axar.az-a istinadla xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxış ediblər.

Bu gün keçirilən yarışlarda “QIZILDAŞ TEAM” idman klubunun iki təmsilçisi U-15 yaş kateqoriyasında uğurlu nəticə əldə edib. 2012-ci il təvəllüdlü Elmir Əmirov (57 kq) gümüş, Ayxan Şirinov (77 kq) isə bürünc medal qazanıb.

Hər iki idmançı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir.

İdmançıların məşqçisi MMA üzrə Avrasiya çempionu Seyhun Əsədlidir.

Qeyd edək ki, müxtəlif ölkələrin idmançılarının iştirak etdiyi dünya çempionatı noyabrın 29-dək davam edəcək.

Paylaş: