Qəzada ölən gənc: “Bir gün məni də…” – VİDEO

Xəbər verdiyimiz kimi, Şamaxıda avtomobilin aşması nəticəsində 18 yaşlı sürücü həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada vəfat edən gənc sürücü Fərhad Quliyev bir müddət əvvəl sosial şəbəkə hesabında ölümündən bəhs edən paylaşım edib.

O, bu gün qəza törətdiyi maşını idarə etdiyi videoya “sənin ölümün yaman yandırır bizi” mahnısını əlavə edərək “bir gün məni də bu mahnıyla paylaşacaqlar, onda gec olacaq” sözlərini yazıb.

Məlumata görə, qəzanın baş vermə səbəbi yüksək sürət həddi olub.