“Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesinin dayandırılması Qərbin bu ölkəyə qarşı verdiyi ədalətsiz və əsassız qərardır”.
Bu sözləri Globalinfo.az -a politoloq Elxan Şahinoğlu Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesinin dayandırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Brüssel Gürcüstanı cəzalandırmaq fikrindən daşınmayıb:
“Faktiki olaraq bu gün Tbilisini fikrindən yayındırmaq üçün Aİ açıq təzyiqlər edir. Ümumiyyətlə, Gürcüstan təşkilatın üzvü deyil və Aİ-nin hər dediyini etmək kimi bir öhdəliyi də yoxdur.
Gürcüstan ölkə daxilində istədiyi qərarı verə bilər və bu onların biləcəyi işdir. Aİ-nin hər hansı qərara, qanuna görə Tbilisiyə təzyiq etməsi qanunsuzdur. Bu açıq-aşkar həmin ölkənin daxili işlərinə müdaxilə deməkdir.
Bu gün ABŞ-da siyasi əsaslı ya da QHT-lər ilə bağlı qanunlar var. Amma nə Aİ, nə də başqa bir ölkə buna görə ABŞ-a təzyiq etmir. Aydın məsələdir ki, məsələ hansısa qanun deyil. Aİ bu yolla daxili auditoriyanı iqtidara qarşı müxalifət ətrafında birləşməyə çağırır. Qərb ehtiyat edir ki, Tbilisi Kreml ilə yaxınlaşar. Bunun olmaması üçün isə təzyiqlər edir”.
Turan Rzayev
Globalinfo.az