Azərbaycanda dəhşətli anlar: qatar yoluna çıxan körpə… – VİDEO / AÇIQLAMA

Qatar

“Azərbaycan Dəmir Yollarının”​ QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.

Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.

Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb.

Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir: “5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.

WhatsApp Image 2024 09 06 at 12.39.08

***12:26

Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.

Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.

ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.

Həmin anların görüntüsünü təqdim edirik: