Yevlaxda yol kənarında ağaclar yandı – VİDEO

Yevlax rayonunda yolkənarı ərazidə ağaclar yanıb.

Globalinfo.az xəbər verir ki, yanğın Aran qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğının yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.