“Yollarda yetişməmiş tərəvəzlər satılır, mənə deyirlər ki, Qarabağı itirdikdən sonra Ermənistanda ticarət öldü”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
Onun sözlərinə görə, Ermənistanda artıq təzə meyvə və tərəvəz almaq çətinləşib:
“Fermerlərlə söhbət edirəm. Deyirlər ki, Qarabağdan sonra ölkədə ticarət öldü. Yetişməmiş meyvələr satılır. Burada olanlar meyvə-tərəzəvi açıq şəkildə kilo ilə satırlar. Amma “artsaxlılar” qutularda satırldılar, özləri yetişdirirdilər. Buna görə təzə qalırdı. Buradakılar isə günün altında tez çürüyür. Qarabağ sadəcə torpaq deyildi, iqtisadiyyatımız, ticarətimiz, hər şeyimiz idi”.
Ayşən Mustafa
Globalinfo.az