Qarabağda yeni plan: Paşinyandan Arutyunyana GİZLİ TƏKLİF

Araik Arutyunyanın Moskvadan qayıtdıqdan sonra konstitusiya dəyişiklikləri tələb etməsinin pərdəarxası məqamları bəlli olub.

Globalinfo.az xəbər verir ki, separatçıların liderindən belə dəyişikliklərə gedilməsini Ermənistanın Baş naziri Nikol Paşinyan tələb edib.

Erməni mediası iddia edib ki, baş nazir Arutyunyanın hakimiyyətinin məhdudlaşdırılmasına nail olaraq, Qarabağdakı xaosu gücləndirmək istəyir.

Paşinyanın mövcud prosesi qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayan vasitəsilə apardığı ortaya çıxıb. Məhz bu məqam Babayanın Xankəndiyə yollanması haqqında məlumatların niyə mediaya sızdırıldığını başa düşməyə əsas verir.

Babayana görə, hazırda Qarabağda “konstitusiya” böhranı mövcuddur və Arutyunyanın etdiyi təklif bu problemi həll edə bilər:

“Qarabağda hər kəsin səlahiyyəti var, amma məsuliyyəti yoxdur. Böhranın həlli üçün bütün mümkün səylər konstitusiya dəyişikliyi yolu ilə həll edilə bilər”.

Qeyd edək ki, Babayan Qarabağdakı qondarma “parlament”də ikinci ən böyük “partiya”nın rəhbəridir.

İlkin Həsənov
Globalinfo.az