ermeni vetendashliq qebul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib.

Globalinfo.az xəbər verir ki, şahidin sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.

2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib:

“Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.

Paylaş: