75db78be 50de 4c57 89e6 459f23239c1a

Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çəkildiyi bildirilən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Rusiya Prezidentinin görüş zamanı masadaya qoyulan fındıqları həvəslə yeməsi kamaralar tərəfindən lentə alınıb.

Videoda onun masa arxasında xarici işlər naziri Sergey Lavrovla danışarkən dayanmadan bütün fındıqları yediyi görünür. Hətta masadan qalxarkən Rusiya prezidenti ovcuna bir az fındıq yığır və elə uzaqlaşır.

V. Putinin bu görüntüləri “onun da həssas nöqtəsi” tapıldı başlığı ilə sürətlə yayılmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: